Azərbaycanda neft məhsullarının istehsalı azalıb

  Azərbaycanda neft məhsullarının istehsalı azalıb
  12 Avqust 2022    Oxunub:794
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 167,3 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb.

Məlumata görə, yanvar-iyul aylarında avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı 26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağlarının istehsalı isə 37,8% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti