İƏT-in Baş katibi Moskvaya səfər edəcək

   İƏT-in Baş katibi Moskvaya səfər edəcək
  12 Avqust 2022    Oxunub:701
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Rusiyaya səfər edəcək.
Bu barədə TASS-a Rusiyanın İƏT-dəki daimi nümayəndəsi Ramazan Abdulatipov məlumat verib. Onun sözlərinə görə, Baş katibin səfəri oktyabr ayına planlaşdırılır:

“Biz Baş katibin Moskvaya səfəri üçün bir sıra məsələlər üzərində işləyirik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu bu ilin oktyabrında dəvət edib. Bundan əvvəl baş katib Moskvaya səfər edib və Lavrovla iki saatlıq söhbət edib. Eləcə də Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüş baş tutub. Bu il oktyabrda biz qarşılıqlı əməkdaşlıq məsələlərini aydınlaşdırmaq istəyirik”.


AzVision.az


Teqlər:





Xəbər lenti