Sabahın havası: 41 dərəcə isti

      Sabahın havası:    41 dərəcə isti
  12 Avqust 2022    Oxunub:435
Azərbaycanda avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti