İspaniyada inflyasiya son 40 ilin ən yüksək həddinə çatdı
Bu göstərici 1984-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. İnstitut elektrik enerjisi, qaz, geyim və ayaqqabı, ərzaq və sərinləşdirici içkilərin bahalaşmasına diqqət çəkib.
Bundan əvvəl Böyük Britaniyada illik inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Britaniya Milli Statistika İdarəsi inflyasiyanın yüksəlməsinə əsas səbəb kimi enerji və ərzaq qiymətlərindəki artımı göstərib. Restoran və kafelərin menyusundakı bütün məhsulların qiymətlərinin artmasının və bunun səbəbi pandemiya dövründə turizm sektorunda 12,5 faizə endirilən ƏDV-nin aprel ayında yenidən 20 faizə qaytarılması ilə izah edilib.
AzVision.az
Teqlər: