"İran müttəfiqlərin ərazisində PUA istehsal edə bilər" - Rusiyalı general |
Dövlət Departamenti rəsmisi həmçinin bildirib ki, Rusiya hərbçiləri son bir neçə həftə ərzində İranda pilotsuz təyyarələrlə işləmək üçün təlim keçiblər.
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan hələ iyul ayında İranın Rusiyaya bir neçə yüz pilotsuz uçan aparat verməklə bağlı planlarının olduğunu açıqlamışdı. Vaşinqtonun məlumatına görə, Moskva Tehrandan Ukraynada hərbi əməliyyatda istifadə etmək üçün silah daşıya bilən pilotsuz təyyarələr istəyib.
Buna cavab olaraq Rusiya prezidentinin köməkçisi Yuri Uşakov demişdi ki, Vladimir Putin iyulun 19-da Tehrana işgüzar səfəri zamanı İranın ali dini lideri Əli Xamenei ilə dronların tədarükü məsələsini müzakirə etməyib.
Tural Tağıyev
AzVision.az