Ağsu məktəblisi ABŞ-ın Cleveland universitetinə qəbul olub

   Ağsu məktəblisi ABŞ-ın Cleveland universitetinə qəbul olub
  12 Avqust 2022    Oxunub:439
Ağsu şəhər 5 saylı tam orta məktəbin XI sinfini 2022-ci ildə bitirən Səmədova Səbinə Elşad qızı 4 ölkədə (Amerika,Türkiyə, Kanada, Gürcüstan) 7 universitetə (Acadia University, University of Prince Edward Island, Ferris state university, University of South Florida, Bahçeşehir university, Atılım University, Cleveland state university) tibb sahəsi üzrə qəbul olub.
AzVision.az xəbər verir ki, Səbinə Səmədovanın seçimi Amerikanın Ohio ştatında yerləşən Cleveland Universiteti olub.

Səbinə Səmədova həmçinin 2021-ci ildə Kanadada Ontario Secondary schoolda onlayn formada 12-ci sinfə daxil olub və 2022-ci ildə həmin məktəbdən yüksək qiymətlərlə məzun olub.

AzVision.az

Teqlər:







Xəbər lenti