Fransada kondisioner işləyərkən qapıları açıq olan mağazalar cərimələnir

Fransada kondisioner işləyərkən qapıları açıq olan mağazalar cərimələnir
  12 Avqust 2022    Oxunub:882
Fransadakı mağazalardan kondisionerlərdən istifadə edərkən qapılarını bağlamaları tələb olunub.
Artıq kondisionerlə bağlı qaydaları pozan mağazalar 750 avroya qədər cərimələnir. İlk belə cəza Parisin 4-cü rayonunda, Rivoli küçəsindəki mağazalara tətbiq olunub. Tədbirin enerjiyə qənaəti stimullaşdırmaq məqsədi daşıdığı bildirilib.


AzVision.az


Teqlər:





Xəbər lenti