Almaniyada əyləncə parkında qatarlar toqquşdu: 34 nəfər yaralanıb

   Almaniyada əyləncə parkında qatarlar toqquşdu:    34 nəfər yaralanıb
  11 Avqust 2022    Oxunub:1263
Almaniyanın cənubunda Bavariya federal əyalətindəki Legoland əyləncə parkında qatarlar toqquşub. Nəticədə azı 34 nəfər xəsarət alıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Məlumata əsasən, qatarlardan birinin maşinistinin qəfil əyləci basması arxadan gələn digər qatarla toqquşmaya səbəb olub.

Əraziyə 3 xilasedici helikopter, yanğınsöndürmə, xilasetmə xidmətləri və həkimlər cəlb edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti