Aİ taxıl dəhlizinin fəaliyyəti üçün Ukraynaya kömək edəcək

   Aİ taxıl dəhlizinin fəaliyyəti üçün Ukraynaya kömək edəcək
  11 Avqust 2022    Oxunub:489
Ukrayna və Avropa İttifaqı (Aİ) taxıl dəhlizinin gələcək fəaliyyətini təmin etməkdə qərarlıdırlar.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə söhbətində deyib. O bildirib ki, bu addım Yaxın Şərq, Afrika və Asiyaya kömək məqsədilə atılır.

Kuleba və Borrell Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya silah tədarükü ilə bağlı mövqelərini razılaşdırıb, həmçinin Balkanlardakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

AzVision.az

Teqlər:







Xəbər lenti