"İdmançılarımız layiqli nəticələr göstəriblər" - Fərid Qayıbov

 "İdmançılarımız layiqli nəticələr göstəriblər" -   Fərid Qayıbov
  11 Avqust 2022    Oxunub:1099
Azərbaycan idmançılarının Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında daha da müsbət nəticələr əldə etmək üçün yaxşı potensialı var.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın idman və gənclər naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, Azərbaycan idmançıları bugünkü nəticələrə nail olmaq üçün böyük yol keçiblər:

"İdmançılarımız 14 idman obyektində keçirilən yarışlarda 22 idman növü üzrə iştirak edir. Elə idman növləri var ki, az çıxış etməyimizə baxmayaraq, idmançılarımız layiqli nəticələr göstəriblər. Nazirliyimiz idmançılarla birlikdə bu çətin yolu keçmiş Azərbaycanın idman federasiyalarına minnətdarlığını bildirir”.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti