ABŞ-dan Rusiyaya çağırış: "Nüvə obyektləri yaxınlığında əməliyyatları dayandırın"

  ABŞ-dan Rusiyaya çağırış:  "Nüvə obyektləri yaxınlığında əməliyyatları dayandırın"
  11 Avqust 2022    Oxunub:991
ABŞ hakimiyyəti Zaporojye atom elektrik stansiyasının ətrafında silahsızlaşdırılmış zona yaradılması ideyasını dəstəkləyir.
AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyi Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, atom elektrik stansiyası yaxınlığında döyüşlərin aparılması təhlükəlidir.

"Biz Rusiyanı Ukraynanın nüvə obyektlərinin yaxınlığında apardığı hərbi əməliyyatları dayandırmağa çağırıq. Həmçinin Ukraynanın Atom Elektrik Stansiyasının ətrafında silahsızlaşdırılmış zonanın yaradılması ilə bağlı çağırışlarını dəstəkləyirik".

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Zaporojye AES-in ətrafında təhlükəsizlik perimetrinin yaradılmasına çağırış edib. Quterreşin vurğulayıb ki, obyekt hər hansı hərbi əməliyyatın bir hissəsi kimi istifadə edilməməlidir. Əvəzində ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsiz demilitarizasiya perimetri üzrə texniki səviyyədə təcili razılaşma lazımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti