İndiyədək Ukraynadan 375 min ton taxıl ixrac edilib

   İndiyədək Ukraynadan 375 min ton taxıl ixrac edilib
  11 Avqust 2022    Oxunub:889
Humanitar dəniz dəhlizləri vasitəsilə Ukraynadan 375 min tona yaxın taxıl çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov brifinq zamanı deyib. Onun sözlərinə görə, avqustun əvvəlindən Ukraynanın Çornomorsk, Odessa və Pivdennı dəniz limanlarından Aralıq dənizinə 12 gəmi ilə taxıl daşınıb.

Qromov əlavə edib ki, taxılın daşınması zamanı hər hansı maneə olmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti