Ordumuz yeni mövqelər qurur, Buzduxda mühəndis işləri görülür

    Ordumuz yeni mövqelər qurur,  Buzduxda mühəndis işləri görülür
  11 Avqust 2022    Oxunub:2117
Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.



AzVision.az


Teqlər:



Xəbər lenti