Zelenskidən nüvə fəlakəti təhlükəsi barədə xəbərdarlıq

   Zelenskidən nüvə fəlakəti təhlükəsi barədə xəbərdarlıq
  11 Avqust 2022    Oxunub:977
Ukrayna prezidenti Vladimir Zelenski son günlər Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirib. AzVision.az xəbər verir ki, o, Rusiyanın Zaporojye AES-də tarixin ən böyük radiasiya qəzasını törədə biləcəyini deyib.
"Zaporojye AES-ə hücum intihar aktıdır" - Quterreş

- Əgər Sovet hakimiyyəti Çernobıl fəlakətini və onun bütün nəticələrini gizlətməyə çalışmışdısa, deməli, Rusiya hakimiyyəti daha həyasız və təhlükəlidir. Onlar özləri nüvə fəlakəti riskini maksimuma çatdırmaq üçün hər şeyi edirlər. Və bütün dünyaya yalan danışırlar ki, guya günahkar kimsə başqasıdır, - Zelenski qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, Avropanı bu təhlükədən qorumaq lazımdır.

- Yəqin ki, təkcə Avropanı qorumamalıyıq. Çünki Ukraynadakı Zaporojye atom elektrik stansiyası bizim qitəmizdə ən böyük, dünyada isə üçüncü atom elektrik stansiyasıdır. Altı enerji bloku var, - Ukrayna dövlət başçısı deyib.

Zelenski əlavə edib ki, Rusiya ordusu bu atom elektrik stansiyasından terror və silahlı təxribatlar üçün istifadə edir.

Qeyd edək ki, "Enerqodar" səlahiyyətliləri bəyan etmişdilər ki, Zaporojye AES-ə "Uraqan" MLRS-dən zərbə endirilib. Stansiyanın işlək enerji blokundan təxminən 400 metr aralıya raket fraqmentlər və mühərriki düşüb. Əgər AES-ə endirilən zərbələr enerji blokunun zədələnməsi ilə nəticələnərsə, nəinki Ukraynanın, Avropanın, hərra Asiyanın yüz minlərlə sakininin həyatını ciddi təhlükə yaranacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   AES   Zelenski  





Xəbər lenti