Estoniya viza verdiyi rusları ölkəyə buraxmayacaq

   Estoniya viza verdiyi rusları ölkəyə buraxmayacaq
  11 Avqust 2022    Oxunub:753
Estoniya Şengen vizası verdiyi Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri, habelə beynəlxalq daşımalarla məşğul olan və ya Aİ qanunvericiliyinə əsasən sərbəst hərəkət etmək hüququ olan şəxslər sanksiyalara məruz qalmayacaq.

Bundan başqa, digər Aİ üzvlərinin Şengen vizası verdiyi Rusiya vətəndaşlarının ölkəyə girişinin açıq qalacağını da əlavə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti