"Zəhərlənən yeniyetmələrin həyatı təhlükələri yoxdur" - TƏBİB

 "Zəhərlənən yeniyetmələrin həyatı təhlükələri yoxdur" -    TƏBİB
  11 Avqust 2022    Oxunub:445
Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən zəhərlənmə şübhəsi ilə saat 16 radələrində ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 4 yeniyetmə gətirilib.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib: "Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri sabitdir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir".

AzVision.az

Teqlər:







Xəbər lenti