Yeni Zelandiya Rusiya ilə diplomatik əlaqələri kəsə bilər

   Yeni Zelandiya Rusiya ilə diplomatik əlaqələri kəsə bilər
  11 Avqust 2022    Oxunub:839
Yeni Zelandiya parlamentinə Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi və Rusiyanın Vellinqtondakı səfirinin ölkədən çıxarılması tələbi ilə petisiya daxil olub.
Bu barədə “Radio New Zealand” radiostansiyası ölkənin hakim İşçi Partiyasından olan deputat Qurav Şarmaya istinadən məlumat yayıb. Onun sözlərinə görə, Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsi Yeni Zelandiya üçün humanitar məsələdir:

“Ölkələrində baş verənlərə görə biz hamımız ukraynalılara çox rəğbət bəsləyirik və bu petisiyaya baxılması səsimizin parlamentdə eşidilməsini təmin edən yollardan biridir”.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern petisiyanı şərh edərkən qeyd edib ki, ölkə hökuməti sanksiyaların və aktivlərin dondurulmasının Rusiyaya təzyiq göstərməyin ən yaxşı yolu olaraq qaldığına əmindir.

AzVision.az


Teqlər:





Xəbər lenti