Koronavirusun “deltakron” variantı Rusiyada

   Koronavirusun “deltakron” variantı Rusiyada
  11 Avqust 2022    Oxunub:855
Rusiyada 6 nəfər koronavirusun “deltakron” variantına yoluxub.
Bu barədə Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi məlumat yayıb. “Deltakron” koronavirusun “omikron” və “delta” ştamlarının hibrididir. Rusiyanın iki şəhərində - Moskvada və Sankt-Peterburqda COVID-19-un bu variantına yoluxan şəxslər aşkarlanıb. Onlar xəstəliyi tibb müəssisəsinə yerləşdirilmədən yüngül formada keçiriblər.

“Rospotrebnadzor”dan “deltakron”un epidemioloji vəziyyətə əhəmiyyətli təsir göstərmədiyini də vurğulayıblar. Qeyd edək ki, avqustun 10-da Rusiyada koronavirusa 25 min 815 yoluxma qeydə alınıb.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti