"Regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir" - Rəisi Paşinyanla danışdı

   "Regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir" -    Rəisi Paşinyanla danışdı
  11 Avqust 2022    Oxunub:801
İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir. Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır.
Ermənistan İranla sərhədi gücləndirdi
AzVision.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.

İran prezidentinin saytının yaydığı məlumatda qeyd edilir ki, son vaxtlar regionda vəziyyətin kəskinləşməsindən danışan Rəisi üçtərəfli bəyanatın müddəalarına əməl olunmasının vacibliyini bildirib.

Rəisi hesab edir ki, “qalan məsələlərin dialoq və diplomatiya yolu ilə həlli Qafqazda sabitlik və təhlükəsizlik yaratmaq üçün ən yaxşı yoldur”.

Bundan başqa İran prezidenti iki ölkə arasında dərin və tarixi münasibətlərin olmasını qeyd edib. O, İrəvan və Tehran arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidentini Azərbaycanla baş verən son toqquşmalar barədə məlumatlandırıb.
Tural Tağıyev
AzVision.az

Teqlər:   İran   Ermənistan  







Xəbər lenti