Aİ ruslara viza qadağasını müzakirə edir

Aİ ruslara viza qadağasını müzakirə edir
  10 Avqust 2022    Oxunub:1156
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini, o cümlədən ruslara Şengen vizalarının verilməsinin dayandırılmasını müzakirə edir.

AzVision.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.

Onun sözlərinə görə, Almaniya hökumətinin hələlik bu məsələdə vahid mövqeyi yoxdur.

Daha əvvəl Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anita Hipper iddia edib ki, Aİ-də əcnəbilərə qısamüddətli vizaların verilməsini qadağan edən vahid prosedur yoxdur.


Teqlər:





Xəbər lenti