Çində yeni VİRUS HƏYƏCANI: "Gözlənilməz nəticələr ola bilər"

      Çində yeni VİRUS HƏYƏCANI:    "Gözlənilməz nəticələr ola bilər"
  10 Avqust 2022    Oxunub:553
Çinin şərqindəki Henan və Şantunq əyalətlərində yeni virus panikası yayılır.
Bbu əyalətlərdə yaşayan 35 nəfərdə heyvanlardan insanlara keçdiyi düşünülən "Langya" adlı henipavirus aşkarlanıb. Bu virusa əsasən siçanlarda rast gəlinir.

Yorğunluq və öskürək əlamətlərinə səbəb olan virusun insandan insana keçə biləcəyinə dair heç bir sübut yoxdur.

Çin, Sinqapur və Avstraliyadan olan tədqiqatçıların daha çox siçanlarda rast gəlinən virus haqqında yazdıqları məqalə "New England Journal of Medicine"də dərc olunub.

“Gözlənilməz nəticələr ola bilər, ayıq olmalıyıq”

Sinqapurdakı Duke-NUS Tibb Məktəbindən tədqiqatçı Vanq Linfa deyib ki, aşkar edilmiş hallar ciddi deyil. Buna görə də panikaya çevrilməməlidir.

Buna baxmayaraq, Linfa bildirib ki, ayıq-sayıq olmaq lazımdır, çünki təbiətdə tapılan və insanlara yoluxa bilən çoxlu sayda virus gözlənilməz nəticələrə səbəb ola bilər.

Tədqiqatçılar tərəfindən aparılan araşdırmalarda, sınaqdan keçən siçanların 100/27-də "Lanqya" virusu aşkar edilib. İtlərin 5 faizində və keçilərin 2 faizində də virus testinin cavabı müsbət olub.

Kostəbək kimi məməlilərin virusun təbii deposu olduğu düşünülür.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin tədqiqatçıları hesab edirlər ki, insanlarda görülən hər 4 virusdan 3-ü heyvanlardan insanlara keçə bilər.

Birləşmiş Millətlər Təşkilatı (BMT) daha əvvəl xəbərdarlıq etmişdi ki, iqlim böhranı və vəhşi təbiətin istismarının artması səbəbindən dünyada bir çox oxşar xəstəliklərin müşahidə oluna bilər.

Teqlər:







Xəbər lenti