Almaniya Ukraynaya daha 4 “Gepard” verib

Almaniya Ukraynaya daha 4 “Gepard” verib
  10 Avqust 2022    Oxunub:928
Almaniya Ukraynaya daha 4 “Gepard” özüyeriyən zenit qurğusu və onlar üçün təxminən 50 min sursat təhvil verib.
AzVision.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın Ukraynaya verdiyi “Gepard”ların ümumi sayı 12-yə çatıb.

Qeyd edək ki, ötən həftə Almaniya Ukrayna Silahlı Qüvvələrinə həmçinin 10 yüksəkmobilli, çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 3 zirehli təmir-təxliyə maşını, 8 pilotsuz uçuş aparatları ilə mübarizə qurğusu, 8 mobil yerüstü radar və termal görüntüləmə aparatı və dərmanlar üçün bir neçə soyuducu verib.

AzVision.az



Teqlər:





Xəbər lenti