Bu ölkədə meymunçiçəyinə yoluxma halı 5 mini keçdi

   Bu ölkədə meymunçiçəyinə yoluxma halı 5 mini keçdi
  10 Avqust 2022    Oxunub:1059
İspaniya meymunçiçəyinə yoluxma hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci yerdədir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinə bağlı Səhiyyə Xəbərdarlıqları və Fövqəladə Hallar Koordinasiyası Mərkəzinin (CCAES) verdiyi məlumata görə, meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son 5 gündə 220 nəfər artaraq 5162 nəfərə çatıb.

Ölkədə meymunçiçəyi xəstəliyinin ən çox olduğu şəhər 2094 yoluxma halı ilə Madrid olub.

AzVision.az



Teqlər:





Xəbər lenti