Çində yeni virusu yayılır

Çində yeni virusu yayılır
  10 Avqust 2022    Oxunub:548
Çinin şərqindəki Hennan və Şantunq əyalətlərində yeni bir virus yayılıb. Heyvanlardan insanlara keçdiyi düşünülən Langya (LayV) henipavirusu indiyədək 35 nəfərdə aşkarlanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yorğunluq və öskürək əlamətlərinə səbəb olan virusun insandan-insana keçə biləcəyinə dair hər hansı bir sübut yoxdur.

Çin, Sinqapur və Avstraliyadan olan tədqiqatçılar virusun daha çox siçanlarda rast gəlindiyini qeyd edib.

Sinqapurdakı Duke-NUS Tibb Məktəbindən tədqiqatçı Vang Linfa aşkar edilmiş halların ciddi olmadığını bildirib. Buna baxmayaraq, Linfa ayıq-sayıq olmaq lazım olduğunu deyib. Çünki təbiətdə tapılan və insanlara yoluxa bilən çoxlu sayda virus gözlənilməz nəticələrə səbəb ola bilər.

Tədqiqatçılar tərəfindən aparılan araşdırmalarda, sınaqdan keçən siçanların 27, itlərin 5, keçilərin isə 2 faizində Langya virusu aşkar edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti