Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  10 Avqust 2022    Oxunub:855
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 829 vaksin vurulub.
Bu barədə AzVision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1 164, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547 təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti