"Zabuxdan çıxan 54 ailədən 7-si Qarabağda qalacaq" - Çavuşyan

   "Zabuxdan çıxan 54 ailədən 7-si Qarabağda qalacaq" -    Çavuşyan
  10 Avqust 2022    Oxunub:802
Laçının Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilərin rəhbəri Andranik Çavuşyan diqqət çəkən müsahibə verib. O, erməni mediasına verdiyi müsahibədə kənddə olan 54 ailədən 7-nin Qarabağda qalacağını deyib.
"Dövlətimiz deyir ki, Zabuxda qalan terrorçu elan ediləcək" - Çavuşyan
AzVision.az "İcma rəhbəri"nin müsahibəsindən maraqlı hissələri təqdim edir:

- Cənab Çavuşyan, hazırda kənddə vəziyyət necədir? 15 gün ərzində kəndi boşaltmalısınız. İndi nə işlə məşğulsunuz?

- Hazırda evakuasiya işləri aparılır. Sakinlər hələ də kəndi tərk etməyiblər. Bu aralar məktəbi boşaldırıq.

- Bəs necə evakuasiya ediləcəksiniz, sizə maşınlar verilirmi?

- Bu günə olan məlumata görə sakinlərə heç nə verilməyib. "Nazirlik" hələlik məktəbin təxliyyəsi üçün maşın ayırıb.

- Kənddə 200-dən çox sakin - 54 ailə var. Onların neçəsi Qarabağda qalacaq, neçəsi Ermənistana köçəcək?

- 54 ailədən yalnız 7-si Qarabağda qalacaq. Qalanları Ermənistanın müxtəlif istiqamətlərinə, İrəvan, Zəngəzura və s. ərazilərə köçəcək.

- Qarabağda qalmaq istəyən o 7 ailə harada yaşayacaq?

- Hələ bəlli deyil. Sabah bu işlərlə məşğul olacağıq. Bəlkə tikilməkdə olan evlərlə bağlı məsələ həll olunana qədər müvəqqəti olaraq qonaq evlərində yaşayacaqlar.

- Bəs siz harada yaşayacaqsınız?

- Xankəndidə.

- Hayk Xanumyanın dedikləri ilə bağlı müzakirələr dayanmır. Qeyd olunur ki, Xanumyan sizi hədələyib. Yəni əgər evləri yandırsanız, təzminat ala bilməyəcəksiniz. Xanumyan özü dünən müsahibə verərək bildirib ki, bəli, sizi evləri yandırmamağa çağırıb, amma kompensasiyadan söhbət getməyib. Belə bir söhbət olubmu?

- Dəqiq xatırlamıram, amma bəlkə də biz nə isə danışmışıq.

- Sizcə azərbaycanlılar ermənilərin qaldıqları bu evlərdə yaşayacaqlarmı? Axı onlar sıfırdan söküb tikirlər.

- Bəli, düşünmürəm ki, onlar nə vaxtsa bu evlərdə yaşayalar. Biz qurmuşuq, yaratmışıq. İndi məhv etmək istədiyimizə görə deyil, sadəcə olaraq şərait bizi buna məcbur etdiyi üçün dağıdırıq.

- Siz özünüz kəndi nə vaxt tərk edəcəksiniz?

- Hazırda insanlar hazırlıq işləri görür, əşyalarını toplayırlar. Bir-bir hazırlaşırıq.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Zabux   Qarabağ  







Xəbər lenti