11 yaşlı uşaq məktəbi yandırdı

11 yaşlı uşaq məktəbi yandırdı
  10 Avqust 2022    Oxunub:822
Rusiyada azyaşlı uşaq məktəbi yandırıb. AzVision.az xəbər verir ki, hadisə Volqoqradda baş verib.
Yerli medianın məlumatına görə on bir yaşlı qız məktəbi yandırdığı üçün profilaktik protokola salınacaq.

"Ötən gün Volqoqradda 92 saylı məktəbdə yanğın baş verdi. Yanğınsöndürənlər tez bir zamanda yanğının öhdəsindən gəliblər. Zərərçəkən yoxdur. Amma səbəbkar artıq bəllidir. Rəfiqəsi ilə məktəb ərazisində gəzən 11 yaşlı qız kağız yandıraraq onu binanın qapısının altından içəri atıb. Nəticədə güclü yanğın başlayıb. ƏDövlət əmlakına ciddi ziyan dəyib və dəymiş ziyanın məbləği müəyyənləşdirilir. Qız bu hərəkətini adi uşaq oyunu kimi izah edib", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti