Səfər Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb? - YENİLƏNİB

   Səfər Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb? -  YENİLƏNİB
  10 Avqust 2022    Oxunub:756
Daxili İşlər Nazirliyi bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobili saxlayan yol polislərinin işdən çıxarılmasına münasibət bildirib.
DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin polis əməkdaşlarının daxili işlər orqanlarında xaric edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

***

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb.

AzVision.az xəbər verir ki, bu barədə Sfera.az saytı məlumat yayıb. Qeyd olunub ki, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.

AzVision.az

Teqlər:







Xəbər lenti