Bakıda evdə kişi meyiti tapılıb

Bakıda evdə kişi meyiti tapılıb
  10 Avqust 2022    Oxunub:988
Bakıda mənzildə kişi meyiti tapılıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən,paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nəzirov Əbülfət Ayaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti