Gümrüdə anti-Putin aksiyası - FOTOLAR |
Qevondyan özü isə ölkəsinə basdırılmış təhlükəli "ideoloji minalar"ın üzə çıxmasını belə şərh edib: “Təəccüblənməyin, bura Ermənistandır. Fotolar Quqarkdakı(Böyük Qarakilsə-red.) düşərgədə çəkilib. Yazıq uşaqların çoxu heç başa düşmür ki, onların ruhlarına nə tələlər qurulub... Belə bir biabırçı təşkilatçılıq, tədbir, nümayişlə üzləşdiyimə görə təəssüflənirəm. Ermənistan Respublikasının hakimiyyəti, parlament müxalifəti, parlamentdənkənar qüvvələr sizə səslənirəm. Bu anti-erməni mənfurluğuna qarşı deyəcək sözünüz varmı?".
Sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrə səbəb olan bu fotolara şərh yazan bəzi ictimai fəallar isə iddia ediblər ki, guya məlum fotolar hansısa filmin çəkilişindəndir.
Qeyd edək ki, Ermənistanda son zamanlar anti-Rusiya əhvalı da güclənib.
Bu günlərdə Gümrüdə Rusiya lideri Vladimir Putin və ümumilikdə Moskvanın müharibə siyasətini pisləyən etiraz aksiyası keçirilmişdi.
Tural Tağıyev
AzVision.az