Fransada meşə yanğınları: 3,5 minə yaxın insan təxliyə edilib

Fransada meşə yanğınları:    3,5 minə yaxın insan təxliyə edilib
  10 Avqust 2022    Oxunub:789
Fransa hakimiyyəti ötən gecə ölkənin cənub-qərbində baş verən meşə yanğınları səbəbindən 3,5 minə yaxın insanı təxliyə edib.
Bu barədə Yeni-Akvitaniya vilayətinin prefekturası “Twitter”də məlumat yayıb. “Jironda departamentində baş verən yanğınlarla əlaqədar 3,5 min insan təxliyə edilib”, - məlumatda deyilir. Prefekturaya görə, üç kommunanın sakinləri evlərini tərk etməli olublar.

Hazırda aviasiyanın dəstəyi ilə 200-ə yaxın yanğınsöndürən yanğınla mübarizə aparır. BFM-nin məlumatına görə, bir gündən az müddətdə yanğın 5 min hektar şam meşəsini məhv edib. İsti hava və külək yanğının yayılmasına kömək edir. Çərşənbə günü ölkənin cənub-qərbində meteoroloqlar havanın 40 dərəcəyə qədər isti olacağını, küləyin sürətinin isə 10 m/s-ni keçəcəyini gözləyir.


AzVision.az


Teqlər:





Xəbər lenti