Qarabağda iki erməni əsgəri ağır yaralanıb

   Qarabağda iki erməni əsgəri ağır yaralanıb
  09 Avqust 2022    Oxunub:1732
Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycanın Qarabağ ərazisində iki erməni əsgər ağır yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, onlar silahla ehtiyatsız davrandıqları üçün yaralanıblar.
"Avqustun 8-də müqaviləli hərbi qulluqçular Qurgen Danielyan və Artur Aruşanyan silahdan (detonatordan) istifadə qaydalarını pozduqları üçün xəsarət alıblar. Yaralıların vəziyyəti ağır qiymətləndirilir. Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Yaralı  





Xəbər lenti