İrəvanda əsgər valideynlərini qəbul edən yoxdu

İrəvanda əsgər valideynlərini qəbul edən yoxdu
  09 Avqust 2022    Oxunub:970
Azərbaycanda saxlanılan erməni hərbçilərin qohumları Ermənistan hökumətinin binası yaxınlığında keçirdikləri aksiyanı dayandırıblar.
AzVision.az xəbər verir ki, iki gündür ki, bir qrup Şirak sakini Nazirlər Kabinetinin binası yaxınlığında baş nazir Nikol Paşinyanla görüş tələbi ilə piket keçirir. Onlar məhbusların azad edilməsi üçün hansı konkret tədbirlərin görülməsi öyrənməyə çalışıblar. Aksiya iştirakçıları
jurnalistlərlə söhbətində əlacsız şəkildə etirazın dayandırılmasına qərar verdiklərini deyiblər.

- Biz Gümrüyə qayıdırıq. Bizi heç kim qəbul etmədi. Bundan sonra nə edəcəyimizi də bilmirik, - etirazçılardan biri deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti