Trampın evində axtarışlar aparılıb |
- Mənim gözəl evim, Florida ştatının Palm-Biç şəhərindəki Mar-A-Laqo hazırda mühasirədədir, ora basqın edilir və FTB agentlərinin böyük bir qrupu tərəfindən zəbt olunub, - Tramp bazar ertəsi axşam verdiyi açıqlamada deyib.
Qeyd edək ki, bu gün ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində gözlənilməz axtarışların aparılması barədə məlumat yayılıb. Politico nəşri FTB işçilərinin malikanəni alt-üst edərək hansısa müəmmalı sənədləri tapmağa cəhd etdiklərini yazıb.
Xatırladaq ki, fevral ayında "Washington Post" qəzeti Milli Arxivlər və Qeydlər Administrasiyası (NARA) əməkdaşlarının keçmiş prezidentin Ağ Evdən çıxardığı bir neçə qutu sənədi müsadirə etməsini yazmışdı.
Tural Tağıyev
AzVision.az