Almaniyada gənclərin sayı azalıb

Almaniyada gənclərin sayı azalıb
  09 Avqust 2022    Oxunub:833
Almaniya əhalisinin ümumi artımına baxmayaraq, hazırda ölkədə gənclərin sayı ən aşağı səviyyəyə düşüb. AzVision.az xəbər verir ki, bu barədə ölkənin DESTATIS Federal Statistika İdarəsinin yaydığı sənədlərdə məlumat verilib.
Yerli media isə yazır ki, 1949-cu ildə Almaniya Federativ Respublikası qurulandan bəri ölkədə gənclərin sayı bu qədər aşağı faizli göstərici ilə qeydə alınmayıb.

Statistikaya görə, 2021-ci ildə Almaniyada 83,2 milyon insandan yalnız 8,3 milyonu 15-24 yaş arasında olub. Hələ 1983-cü ildə ölkə əhalisinin 16,7%-ni 15-24 yaş arasında olanlar təşkil edirmiş. Lakin 2005-ci ildən başlayaraq gənclərin sayı durmadan azalır. Yeganə istisna 2015-ci ildə qaçqın böhranı zamanı çoxlu gənc miqrantların ölkəyə daxil olması olub.

Bu tendensiya xüsusilə ölkənin şərq federal əyalətlərində özünü göstərir.
Avropa İttifaqı statistika agentliyi Eurostat bildirib ki, Almaniya əhalisinin gənclərin faizi təxminən Avropa İttifaqının bütün 27 üzv ölkəsi üzrə orta göstəriciyə uyğundur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti