Trampın evində axtarışlar aparılıb

   Trampın evində axtarışlar aparılıb
  09 Avqust 2022    Oxunub:1286
ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarış aparılıb.AzVision.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Tramp Putini təriflədi
Məqalədə bildirilir ki, xüsusi əməliyyatın nəticəsi olaraq eks-prezidentin evindən xeyli sayda sənədlər götürülüb. Gözlənilməz "qonaqlar" Trampın evində bir neçə saat axtarış tədbirləri görüblər.

“The New York Times” isə öz mənbələrinə istinadən yazıb ki, əməliyyat işçiləri FTB işçiləri olublar. İddia olunur ki, xüsusi-xidmər orqanı əməkdaşları Trampın Ağ Evdən özü ilə apardığı sənədlərlə maraqlanıblar.

Politico iddia edib ki, Tramp axtarış zamanı Nyu Yorkda olub. Axtarış zamanı evdə Trampın vəkili Kristina Bobbun da olduğu qeyd edilir.

Qeyd edək ki, fevral ayında "Washington Post" qəzeti Milli Arxivlər və Qeydlər Administrasiyası (NARA) əməkdaşlarının keçmiş prezidentin Ağ Evdən çıxardığı bir neçə qutu sənədi müsadirə etməsini yazmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   ABŞ   Axtarış  





Xəbər lenti