Ukraynada “Bayraktar” PUA-ları istehsal edən zavod tikiləcək

Ukraynada “Bayraktar” PUA-ları istehsal edən zavod tikiləcək
  08 Avqust 2022    Oxunub:875
Ukraynada “Bayraktar” PUA-larının istehsalı üçün zavodun tikintisi ilə bağlı Ali Radaya razılaşma göndərilib.
Bunu Ukrayna mətbuatına müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib. “Zavod tikiləcək. Hökumət ikitərəfli sazişi təsdiqləyib və zavodun özünün tikintisinə dair sazişi ratifikasiya üçün parlamentə göndərib”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr istehsal edən şirkətin sahibi artıq Ukraynada şirkət yaradıb, torpaq sahəsi alıb və müəssisə üçün layihə hazırlayıb, “onu sona qədər həyata keçirmək” niyyətindədir.

“Bu istehsalın Ukraynada edilməsi şirkət sahiblərinin, demək olar ki, şəxsi öhdəliyi idi”, - deyə Bodnar əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti