Ermənistan İranla sərhədi gücləndirdi

   Ermənistan İranla sərhədi gücləndirdi
  08 Avqust 2022    Oxunub:1266
Ermənistanın dövlət sərhədinin İran hissəsi gözlənilmədən ən yüksək səviyyədə gücləndirilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, artıq məlum informasiyanın doğruluğunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi “Sputnik Armeniya”ya təsdiqləyib.

Qeyd edilir ki, buna səbəb son vaxtlar İrandan Ermənistana narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) qanunsuz keçirilməsi cəhdlərinin artmasıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti