"Sürətli əks-hücumlarla "Qarabağ"ı cəzalandıra bilərik" - Veçey

"Sürətli əks-hücumlarla "Qarabağ"ı cəzalandıra bilərik" -    Veçey
  08 Avqust 2022    Oxunub:983
"Ferentsvaroş"un (Macarıstan) futbolçusu Balint Veçey Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab matçı haqqında danışıb.
AzVision.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında müdafiə xətti baxımından Ağdam təmsilçisini qabaqladıqlarını deyib:

"Çox güclü komanda ilə qarşılaşacağıq. Rəqibin qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Azarkeşlərimzin də dəstəyi ilə öz meydanımızda daha yaxşı oynamaq istəyirik. Müdafiə baxımından "Qarabağ"ı qabaqlayırıq. Sürətli əks-hücumlarla onları cəzalandıra bilərik. Sabah bütün gücümüzü ortaya qoyacağıq. Matça sakit başlamaq çox vacibdir".

Qeyd edək ki, sabah keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

AzVision.az



Teqlər:





Xəbər lenti