"Kiyevin güzəştə getməsi tələbi münaqişəni uzada bilər"

"Kiyevin güzəştə getməsi tələbi münaqişəni uzada bilər"
  08 Avqust 2022    Oxunub:605
“Avropa İttifaqının bəzi ölkələri Rusiyanın tərəfinə keçərək Kiyevdən Moskvaya güzəştə getməyi tələb edə bilərlər”. Xarici siyasət üzrə Aropa komissarı Jozep Borrelin sabiq müşaviri Natali Toççinin ABŞ-ın “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində belə ehtimal irəli sürülüb.
AzVision.az amerika nəşrinə istinadən bildirir ki, Natali Toççinin fikrincə, Ukraynanın dəstəklənməsi məsələsində Avropa İttifaqında parçalanma hərbi əməliyyatların aktiv fazasının sona çatması dövründə baş verə bilər.

- “Nisbi sakitlik” Avropa koalisiyası üçün təhlükəli ola bilər. Bu fonda Kiyevi güzəştlərə məcbur etmək məsələsində Moskva Avropa İttifaqı ölkələrinin bir hissəsini öz tərəfinə çəkə bilər. Avropada enerji böhranının pislşəməsi nəticəsində belə ssenarinin baş verməsi ehtimalı artır. “Sülh illüziyası”na uyan Avropa və Qərb bizim hamımızın hesabına hərbi münaqişəni uzada bilər, - Jozep Borrelin keçmiş müşaviri xanım Toççi məqalədə vurğulayıb.

Marqlıdır ki, bir müddət əvvəl “Foreign Affairs” jurnalında dərc olunan məqalələrdən birində Ukraynada vəziyyətin nəzarətdən çıxa biləcəyi qeyd edilir. Bunun əsas səbəbi kimi Ukraynadakı münaqişənin uzandığı və “toksikləşməsi”, beynəlxalq təşkilatların isə vəziyyətə hər hansı bir şəkildə təsir etməkdə gücsüz olduğu göstərilir.

Sahil İsgəndərov

AzVision.az

Teqlər: Ukrayna   Rusiya  







Xəbər lenti