"Xanımyan dedi ki, Laçında evini yandırana kompensasiya verilməyəcək" - Hayryan

   "Xanımyan dedi ki, Laçında evini yandırana kompensasiya verilməyəcək" -    Hayryan
  08 Avqust 2022    Oxunub:837
Laçının və Zabuxun Azərbaycana təhvil verilməsi erməni cəmiyyətində gərginliyə səbəb olub. AzVision.az xəbər verir ki, yerli media hər iki ərazinin sülhməramlıların nəzarətində qalacağını ümid etdiyini yazıb.
Ermənilər Zabuxda arxiv sənədlərini yandırdılar - VİDEO
Amma son günlər məsələ daha da ciddiləşib və artıq ermənilər ərazini tərk etməyə başlayıblar.

Bu gün isə ermənilərin “Hadrut naminə” QHT-nin rəhbəri Levon Hayryan jurnalistlərə deyib ki, hakimiyyət "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanımyanı çirkli işlər görməyə məcbur edir.

- Hayk Xanumyan Laçın və Zabuxa getdi və insanlara evlərini tərk etməyi əmr etdi. İnsanlar üsyan edib ürəkdən qışqırıraq deyirdilər ki, biz evləri yandırıb sonra burdan gedəcəyik. Cavab belə oldu ki, buna heç cəhd eləmə. Evləri yandırsanız, biz sizə təzminat verməyəcəyik, - Hayryan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti