Türkiyə İsrailin Qəzzaya hücumlarını pislədi

   Türkiyə İsrailin Qəzzaya hücumlarını pislədi
  07 Avqust 2022    Oxunub:1064
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hava zərbələri və Əl-Əqsa məscidinə basqınlarını pisləyən bəyanat yayıb.
Bəyanatda İsrailin mülki şəxslərə qarşı davam edən hücumları şiddətlə pisləndiyi bildirilib. Qeyd olunub ki, İsrailin avqustun 5-də Qəzzaya başlatdığı hücumlar aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə səbəb olub:

“Əlavə olaraq, bu gün İsrail parlamentinin üzvü İtamar Ben-Gvir və fanatik yəhudi qruplarının İsrail polisi mühafizəsi altında olan Əl-Əqsa məscidi basqın etdiyi öyrənilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti