ABŞ dövlət katibi bölgədə yaranmış gərginlikdən narahatdır

   ABŞ dövlət katibi bölgədə yaranmış gərginlikdən narahatdır
  06 Avqust 2022    Oxunub:563
ABŞ dövlət katibi Antoni Blinken bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Blinken avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.

Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycan hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyətli bəyanatlar səsləndirilir.

AzVision.az

Teqlər:







Xəbər lenti