Türk Dövlətləri Təşkilatı səfirliyə hücumu pislədi

   Türk Dövlətləri Təşkilatı səfirliyə hücumu pislədi
  05 Avqust 2022    Oxunub:1063
Türk Dövlətləri Təşkilatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.
Bunu qurumun tviter səhifəsində qeyd olunub: “Azərbaycanın London səfirliyinə radikal dini qrup tərəfindən edilən vəhşi və qəbuledilməz hücumu pisləyirik. Bu insanlıqdan kənar hərəkətin əhatəli şəkildə araşdırılmasına çağırırıq”.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək. Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti