Cənubi azərbaycanlı güləşçidən Azərbaycana dəstək

   Cənubi azərbaycanlı güləşçidən Azərbaycana dəstək
  05 Avqust 2022    Oxunub:419
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.
28 yaşlı pəhləvan şəxsi instaqram səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şüphəsiz ki, bu hücum cəzasız qalmayacaq. Bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşıb, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıram. Axına qoşulun, əziz qardaşlarım.

"Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim”.

Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Oyan Nəzəriani 2019-cu ildə çimərlik güləşi üzrə dünya çempionu titulunu qazanıb.



AzVision.az

Teqlər:







Xəbər lenti