Ermənistan XİN-i qarşısında aksiya keçirilib - FOTOLAR

 Ermənistan XİN-i qarşısında aksiya keçirilib -  FOTOLAR
  03 Avqust 2022    Oxunub:1310
Ermənistanda etiraz aksiyası keçirilib AzVision.az xəbər verir ki, narazı kütlə Xarici İşlər Nazirliyinin(XİN) binası qarşısında toplaşaraq erməni diaspor nümayəndələrinin ölkəyə girişinə qoyulan qadağaya qarşı etiraz edib.
Aksiya iştirakçıları XİN-in binasına “Ermənistan atanızın evi deyil”, “Ermənistan hər kəsin vətənidir”, “Diaspor erməniləri yox, Ermənistanın hazırkı hakimiyyəti arzuolunmazdır” sözləri yazılmış plakatlar qoyublar

Aksiyanın təşkilatçılarından olan müxalif deputat Kristin Vardanyan jurnalistlərə açıqlama verərək deyib ki, İrəvan absurdlar məkanına çevrilib.

- Deyirlər ki, revanşla, qisasla ölkə qurmaq olmaz. Amma biz görürük ki, onlar özləri(Paşinyan hakimiyyəti-red.) qisas yolu tutublar, - “Ermənistan” fraksiyasının təmsilçisi erməni diaspor xadimlərinin İrəvana girişinə qoyulan qadağaya toxunarkən gileylənib.

O həmçinin qeyd edib ki, “Onlar hər şeyi edirlər ki, hökumətə qarşı etirazlar qadağan olunsun. Yəni, insanları qadağalarla qorxutmağa çalışırlar”.

Xatırladaq ki, bu günlərdə erməni diasporunun Fransadakı məşhur siması Frank Papazyanın Ermənistana girişinə qadağa qoyulub. Bu qadağanın Paşinyan hakimiyyəti tərəfindən məqsədli şəkildə tətbiq edildiyi bildirilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti