İsrailin XİN başçısı: “Dönər olacaqsa, Türkiyəyə səfər edərəm”

   İsrailin XİN başçısı:    “Dönər olacaqsa, Türkiyəyə səfər edərəm”
  25 May 2022    Oxunub:1244
İsrailin xarici işlər naziri Yair Lapid türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
AzVision.az xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud münasibətləri, regional və qlobal problemləri müzakirə ediblər. İsrail XİN başçısı qeyd edib ki, son 15 ildə ilk dəfədir ki, Türkiyə xarici işlər naziri İsrailə səfər edir: "Biz inanırıq ki, bu səfər siyasi, diplomatik əlaqələrimizdə, eyni zamanda, iqtisadi əlaqələrimizdə inkişafa səbəb olacaq, biznes əlaqələri, xalqlarımız arasında münasibətlər daha da yaxınlaşacaq".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz növbəsində İsrailin xarici siyasət idarəsinin rəhbəri Yair Lapidi ölkəsinə dəvət edib. O, dəvətini İsraildə səfərdə olan zaman həmkarı ilə birgə keçirdiyi brifinqdə çatdırıb. Y.Lapidin dəvətə cavabı belə olub: “Dönər olacaqsa, gələrəm”.

Qeyd edək ki, Türkiyə və İsrail son zamanlar ikitərəfli əlaqələri inkişaf etdirmək üzərində çalışırlar. Bu kontekstdə enerji potensial əməkdaşlıq sahəsinə çevrilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında İsraillə enerji əməkdaşlığına “çox ümid etdiyini” və İsrailin baş naziri Naftali Bennettlə bu məsələni müzakirə edəcəyinə ümid etdiyini bildirib.

AzVision.az



Teqlər: İsrail   Türkiyə  





Xəbər lenti