Sərhəd komissiyalarının ikinci görüşü gələn həftə keçiriləcək

 Sərhəd komissiyalarının ikinci görüşü gələn həftə keçiriləcək
  25 May 2022    Oxunub:1304
Gələn həftə 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ikinci görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib. Onun sözlərinə görə, görüş Moskva şəhərində baş tutacaq.

“Gələn həftə baş tutacaq, ümid edirik”, - deyə o, bununla bağlı sualı cavablandırıb.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti