Almaniya meymunçiçəyinə qarşı 40 min doza vaksin alır

   Almaniya meymunçiçəyinə qarşı 40 min doza vaksin alır
  25 May 2022    Oxunub:1368
Meymunçiçəyi xəstəliyinin epidemiyaya çevrilməsi təhlükəsi səbəbindən bir çox ölkə peyvənd ehtiyatlarını nəzərdən keçirməyə başlayıb
AzVision.az Euronews-a istinadən xəbər verir ki, epidemiyaya qarşı tədbirləri artıran Almaniya meymun çiçəyi xəstəliyinə qarşı mübarizə məqsədilə Bavarian Nordic tərəfindən istehsal olunan 40 000 doza çiçək peyvəndi sifariş edib.

Peyvənd Avropada "Imvanex" və ABŞ-da "Jynneos" adı ilə satılır. "Jynneos" həm çiçək, həm də meymunçiçəyi virusuna qarşı effektivdir, "Imvanex" isə yalnız çiçək xəstəliyi üçün istehsal olunub. Lakin onun da meymunçiçəyi üçün effektiv olduğu qeyd edilir.

Almaniya səhiyyə naziri Karl Lauterbac bildirib ki, xəstəlik geniş yayılarsa, təmasda olan şəxslər peyvənd olunacaq:
"Hazırda bunu tövsiyə etmirik, lakin lazım gələrsə, təmasda olan şəxsləri peyvənd etməyə hazır olmaq istəyirik. Erkən müdaxilən virusun cəmiyyətdə daha da yerləşməsinin qarşısını alacaq", deyə nazir əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti