Türkiyənin 5 əsgəri şəhid olub, 2-si yaralanıb

   Türkiyənin 5 əsgəri şəhid olub, 2-si yaralanıb
  24 May 2022    Oxunub:1067
“Pəncə-Kilid” əməliyyatında terrorçularla baş verən qarşıdurmada Türkiyənin 5 əsgəri şəhid olub, 2 əsgəri yaralanıb.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, leytenant Abdulkadir Gülər, çavuş Onur Doğan, çavuş Hüseyin Çankaya, çavuş Bican Kapılay və müqaviləli əsgər Celal Tekederelinin Meluni dağı yaxınlığında terrorçularla qarşıdurma zamanı şəhid olduqları qeyd olunub.

Sosial mediada şəhid olan əsgərlərin birlikdə çəkdirdikləri son foto paylaşılıb.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti